Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, turnirdə təmsilçilərimizdən olan “İnter” dogma azarkeşlər önündə revanş matçına çıxıb. Kaxaber Sxadadzenin komandası Norveçin “Tromse” klubunu qəbul edib. İlk oyunda rəqibinə 0:2 hesabı iləməğlub olantəmsilçimiz bugünkü oyunda buraxılanməğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin "İnter"in bir qoldan artığına gücü çatmayıb - 1:0. Bununla da, "bankirlər" Avroliqada mübarizəni dayandırıb.