UEFA Çempionlar Liqasının Liqa mərhələsində "San Siro” stadionunda keçirilən "İnter” – "Kayrat” qarşılaşması (5:0) tribunadakı xoşagəlməz hadisə ilə yadda qalıb.
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə hər iki komandanın azarkeşləri arasında davanın görüntüləri yayılıb. Hadisənin "İnter” fanatlarının "Kayrat” sektoruna qarşı təhqiramiz jestlər etməsindən sonra baş verdiyi bildirilir.
Qısa zamanda mübahisə əlbəyaxa davaya çevrilib. Hazırda insidentlə bağlı rəsmi açıqlama və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Zəfər Hacılı








































