Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunlarına start verilib.
AZXEBER.COM-unməlumatına görə, turnirdə yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu bu axşam ikincioyununukeçirib.
Avroliqada ilk ev oyununa çıxanson Azərbaycan çempionu doğma meydanda İtaliya nəhəngi "İnter" klubunu qəbul edib.Adlı-sanlı rəqibinə qarşı çox yaxşı təsir bağışlamasına baxmayaraq, “Neftçi” məğlubiyyətdən qaça bilməyib.
İlk hissədə 3 qol vuran "İnter",fasilədən sonra da üstünlüyünü qoruyubsaxlaya bilib. Gücü yalnız təsəlli qoluna çatan “Neftçi”, yekunda3:1hesablı məlubiyyətlə barışmalı olub.
Qeyd edək ki, qrupun digər matçında "Rubin" (Kazan, Rusiya) öz meydanında Serbiyanın "Partizan" klubunu sınağa çəkib. Bu görüşdə 2:0 hesabıilə qələbə qazanan Kazan təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub.
Ozal İbrahimli