"İnter" və "Xəzər Lənkəran" Avropa Liqasında mübarizəni dayandırdı

İDMAN
08:57 27.07.2012
1370

Dünən Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

AZXEBER.COM-un məlumatına görə, təmsilçilərimiz "İnter" və "Xəzər Lənkəran" klubları səfərdə növbəti oyunlarına çıxıb.

Bakıda "Ateras Tripolis"lə 1:1 bərabər qalan "İnter" cütün taleyini Yunanıstanda həll etməyə çalışacaqdı. Bunun üçün Kaxaber Sxadadzenin komandası minimum bir qol vurmalı idi ki, bunu da bacarıb.Lakin penaltilər seriyasında daha üstün oynayan Yunanıstan təmsilçisi növbəti mərhələyə adlayıb.

Digər təmsilçimiz "Xəzər Lənkəran" isə Polşada "Lex" klubunun qonağı olub. Lənkəranda baş tutan ilk görüşdə 1:1-lik bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"ı səfərdə çətin oyun gözləyirdi. Lakin Lənkəran təmsilçisi səfərdə məğlub olaraq mübarizəni dayandırıb - 0:1.

26 iyul

AvropaLiqasının II təsnifat mərhələsinin cavab oyunları23:00. "Lex" (Poznan, Polşa) -"Xəzər Lənkəran" (AZƏRBAYCAN)- 1:0

Qol:Tonev, 15 (1:0)Baş hakim: Stanislav TodorovPoznan. Şəhər stadionu"Lex":1. Jasmin Buriç, 5, Manuel Arboleda, 6, Lukasz Tralka, 14, Vojo Ubiparip, 16, Rafal Muravski (k), 18, Bartosz Slusarski, 20. Hubert Volakieviç, 24. Alexandar Tonev, 25. Luis Henriquez, 32. Mateuş Mozdzen, 35. Marçin Kaminski

"Xəzər Lənkəran":1. Kamran Agayev, 5 Elnur Allahverdiyev, 6 Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Amirguliyev (k), 15. Ruslan Abışov, 16, Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.

22:00."Asteras Tripolis" (Yunanıstan)- "İnter" (AZƏRBAYCAN) - 1:1 (Penaltilər seriyası - 4:2)

Qollar:XimoNavarro, 68 (1:0), Tales Şüts, 88 (1:1)Baş hakim: Lars Kristoferson (Danimarka)Tripoli. “Asteras Tripolis” stadionu"Asteras Tripolis":37. Georgi Bantis, 6. Lautaro Formiça, 11. Savas Tsampuros (k), 22. Sebastyan Bartolini (Dimitris Kourbelıs, 61), 23. Ximo Armira, 3. Xristos Pipinis (Giannis Diniotakis, 76), 4 Xuanito, 8. Fernando Usero, 10. Rayo, 13. Leandto Alvares, 9. Emanuel Perrone

"İnter":1. Georgi Lomaya, 20. Brüs Abdulaye, 15. Vladimir Levin, (Baçana Sxadadze, 71), 18. İlia Kandelaki, 21. 87. Haynz Barmettler, Arif Daşdəmirov, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev (Asif Məmmədov, 67),10. Georgi Adamiya (Daniel Genov, 61), 14. Petar Zlatinov, 23. Tales Şütz

OXŞAR XƏBƏRLƏR