''İnter''in əsas futbolçularının gəlməməsi ''Neftçi'' üçün müsbət yox, mənfi haldır''

İDMAN
13:07 04.10.2012
1096

“Neftçi” ya qalib gələcək, ya da heç-heçə edəcək. Nədənsə, mənim içimdə hədsiz inam var. Birincisi, evdə oynayırıq. “Neftçi” tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşüb və ilk dəfə evdə qonaq qəbul edəcək. İkincisi, azarkeş amilini qeyd edərdim. Məndə olan məlumata görə, artıq bütün biletlər satılıb. Bu da komanda üçün əlavə stimuldur. Çünki güclü azarkeş 12-ci oyunçu sayılır”.

Bu sözləri Qol.Az-a açıqlamasında bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Neftçi” - “İnter” matçı ilə bağlı fikirlərini bölüşən Azərbaycanın gənc mütəxəssislərindən olan Mirbağır İsayev deyib. O, “İnter”in aparıcı futbolçularının Bakıya gəlməsini bizim üçün müsbət yox, mənfi hal kimi qələmə verir: “Mən də oxumuşam ki, “İnter”in əsas futbolçularından 4-5 nəfər Bakıya gəlməyəcək. Bunu müsbət yox, mənfi hal kimi qeyd edərdim. Çünki həmin futbolçuları əvəz edəcək gənclər özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar ki, baş məşqçinin gözünə “girsinlər”. Bundan başqa, nəzərə almaq lazımdır ki, “İnter” hər yoldan ötən futbolçunu heyətinə qatmır. Əgər bu futbolçular bugün bu komandaya cəlb olunublarsa, deməli, səviyyəli, güclü futbolçulardır. Amma düşünürəm ki, “Neftçi”nin də heyətində Vobay, Flavinyo, Kanares kimi futbolçular var. Hansı ki, “İnter”in futbolçularından nəzərəçarpacaq dərəcədə geri qalmırlar. “Partizan”la oyunda da bu futbolçuların səviyyəsini gördük. Mən deyərdim ki, “Neftçi” həmin oyunda qalib də gələ bilərdi. Sadəcə, ələ düşən imkanlardan istifadə olunmadı”.

OXŞAR XƏBƏRLƏR