''İnter''in nümayəndələri Bakıya gəldi

İDMAN
18:48 13.09.2012
1312

Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "İnter" klubunun rəsmiləri - baş katib və təşkilatı işlər üzrə direktor Umberto Marino, eləcə də səyahət departamentinin rəhbəri Serxio Villalobos Bakıya gəlib.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı nümayəndələr qarşılaşmanın keçiriləcəyi T.Bəhramov adına respublika stadionuna baxış keçiriblər.

Qonaqlara stadionda aparılmış yenidənqurma işləri ilə bağlı məlumat verilib.

OXŞAR XƏBƏRLƏR