"İnternet Mərkəzi Kəşfiyyat idarəsinin layihəsidir"
DÜNYA
10:20 20.05.2014
1078
"Putin interneti Mərkəzi Kəşfiyyat idarəsinin layihəsi adlandırır, ancaq eyni vaxtda Rusiyada sosial medianı nəzarətə götürür".ANS PRESS-in məlumatına görə, bu haqda "Wall Street Journal" qəzeti yazıb.Qəzet Putinin digər şəratmaları haqda belə yazır: "Rusiya prezidenti Vladimir Putin ABŞ-ı günahlandırır ki, amerikalılar Ukraynanın hərbi qüvvələri ilə əlbir hərəkət edir, halbuki Rusiyanın öz xüsusi xidmətləri Krımı tutdular və Ukraynanın şərqində silahlı hərəkata başladılar".Putin Ukrayna hakimiyyətini şərq regionlarına muxtariyyət verməməkdə ittiham edir. Özü isə Rusiyada yerli seçki praktikasına son qoyur.Qəzet yazır ki, Kiyev hakimiyyəti ideal deyil, ancaq şərq regionlarında insanların haqlarının Putin dediyi kimi belə pozulmasını beynəlxalq təşkilatlar görmürlər.