İnternet modeminin alışması evi külə döndərdi

İnternet modeminin alışması evi külə döndərdi
SOSİAL
15:18 02.03.2025
421
Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə yanıb.

Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR