İnternet və "Playstation" klublarında bu şərtlər tətbiq olunacaq - VİDEO

İnternet və "Playstation" klublarında bu şərtlər tətbiq olunacaq - VİDEO
SOSİAL
08:41 30.09.2021
207
COVID-19 pasportu olmayan şəxslər oyun zallarına daxil ola bilməyəcəklər.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə mərkəzlərinin gecə saat 12-ə qədər fəaliyyəti bərpa edilir. Bu zaman müəyyən qaydalara mütləq əməl edilməlidir.

Qeyd edək ki, COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntulara görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.
OXŞAR XƏBƏRLƏR