İnternet xətlərinin çəkildiyi çuxurda kişi meyiti tapıldı

İnternet xətlərinin çəkildiyi çuxurda kişi meyiti tapıldı
SOSİAL
15:58 20.07.2023
158
İsmayıllı rayonunun Diyallı kəndi ərazisində internet xətlərinin çəkildiyi çuxurda kişi meyiti aşkar edilib.

AZXEBER.COM-un məlumatına görə, hadisə bu gün baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov açıqlamasında bildirib ki, bu gün səhər saatlarında İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb:

"Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir”.
OXŞAR XƏBƏRLƏR