İnternetdə 3 dəqiqəyə boşanırlar

MARAQLI
15:34 17.07.2013
1206

İngiltərədə boşanmaq istəyən cütlüklər üçün maksimum imkanlar yaradılıb. Belə ki, minlərlə insan vəkilə pul ödəmək əvəzinə cəmi 37 sterlinq (54 manat) qarşılığında kompüter və ya ağıllı telefon sayəsində boşanırlar. “Özün boşan” adlanan sistemə internet vasitəsilə daxil olub sənədləşməni yekunlaşdırmaq çox az vaxt alır. Maraqlıdır ki, bu sistem tətbiq olunan gündən etibarən boşanmaq istəyən cütlüklərin sayında sürətli artım müşahidə olunur. İnternet firmaları da artan tələbatı görərək, “sürətli boşanma” variantları təqdim edən yeni saytlar açırlar. Həyata keçirilən kampaniyalar sırasında “iki nəfərlik axşam yeməyi qiymətinə boşanın” tipli ilginc şüarlar var. Firmalar boşanmaq istəyən cütlüklərə 3 dəqiqə ərzində bütün sənədləri məhkəməyə göndərəcəklərini vəd edir. Ənənəvi boşanma müraciətlərinin 65 faizini qadınlar etsə də, internetdə vəziyyət fərqlidir. Statistikaya görə, kompüterdən istifadə edərək boşanmaq istəyənlərin 51 faizini kişilər təşkil edir.

OXŞAR XƏBƏRLƏR