İnternetdə ən çox vaxt keçirən ölkələr - SİYAHI

İnternetdə ən çox vaxt keçirən ölkələr - SİYAHI
MARAQLI
13:37 09.09.2025
234
"Pew" Araşdırma Mərkəzi müxtəlif ölkələri təmsil edən 26 min vətəndaş arasında internetdən nə qədər istifadə etdikləri barədə sorğu keçirib.
 
AZXEBER.COM xəbər verir ki, sorğunun nəticələrinə görə, böyüklərin 28%-i demək olar ki, hər zaman internetdə onlayn olur, 40%-i isə gündə bir neçə dəfə internetdən istifadə edir, 9 faizi isə heç vaxt internetdən istifadə etmədiyini bildirib.

Məsələn, Yaponiyada böyüklərin 56%-i hər zaman onlayn olur, Nigeriyada isə bu rəqəm 13% olaraq qalır. 
  
Cənubi Koreyadakı yetkinlərin təxminən yarısı, Argentina, İsrail, İspaniya və ABŞ-də təxminən 25 faiz şəxs daim internetdə olduqlarını deyiblər.
 
Qardaş Türkiyədə isə bu rəqəm 25 faiz şəxsi əhatə edib.

Bu arada internetdən istifadənin ən aşağı olduğu Hindistanda 36 faiz insan heç vaxt internetdən istifadə etmir.

Cənubi Afrika və Keniyada isə təxminən vətəndaşların üçdə biri heç vaxt internetdən istifadə etməyib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR