İnternetdə hər kəs bu azərbaycanlı qızdan danışır - VİDEO

MAQAZİN
13:35 16.07.2013
33090

Mənim ifama belə münasibət göstərənlər hamısı mənim paxıllığımı çəkənlərdi” Xəbər verdiyimiz kimi, Sumqayıtın “Dünya” televiziya kanalında maraqlı hadisə yaşanıb.“Nömrə 1” müsabiqəsində Dilarə Ağayeva adlı iştirakçı Safura Əlizadəyə “Eurovision 2010”da 5-ci yeri qazandırdığı “Drip Drop” mahnısını ifa edib. Bu ifa sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Müğənninin ifasını paylaşan istifadəçilər nalayiq sözlər yazmaqdan çəkinməyiblər, çoxları Dilarə Ağayeva bundan sonra oxumamağı məsləhət görüb. Gənc müğənni birmənalı qarşılanmayan ifası haqda AZXEBER.COM-a danışıb. O bildirib ki, mahnının bərbad alınmasının səbəbi səs effektləri olub: “Əslində, bu məsələni bu qədər şişirtməyə ehtiyac yox idi. Çünki “Dünya TV”nin səs effektləri hər kəsə məlumdur. Səs rejissorları “minus”u elə vermişdilər ki, heç nə eşitmirdim. Səfurə özü də bu şəraitdə oxusaydı, ifası elə alınacaqdı. Mənim ifama belə münasibət göstərənlər hamısı mənim paxıllığımı çəkənlərdi, həm də ki, anti-reklam ən gözəl reklamdır”.

Gənc müğənni həmçinin qeyd edib ki, bu günlərdə yenidən “Drip-drop” mahnısını canlı ifa edəcək və portallara yerləşdirəcək: “Bundan sonra hər kəs öz yerini biləcək”
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR