"İnternetdə həyat yoldaşımın seksual videolarını gördüm"

"İnternetdə həyat yoldaşımın seksual videolarını gördüm"
DÜNYA
17:20 17.03.2023
486
Türkiyənin Eskişehir bölgəsində həyat yoldaşını öldürən Nurullah Kalayın məhkəməsi başlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, həyat yoldaşının internetdə seksual məzmunlu videolar tapdığını iddia edən Kalay "2,5 illik həyat yoldaşımın cəsədini yaxşı tanıyıram. Videoda nə kişinin üzü, nə də qadın göründü", deyə bildirib.

Daha sonra təqsirləndirilən şəxslərə "qəsdən adam öldürmə”, "qəsdən adam öldürməyə cəhd” və "lisenziyasız silah gəzdirmə” maddələri ilə ömürlük və 23 ilədək həbs cəzası istənilib.

Qeyd edək ki, ötən il avqustun 10-na keçən gecə Eskişehirdə tələbə olan qardaşı oğlu Heybettullah Kalayı həyat yoldaşı Ebru Kalay ilə münasibətdə olduğunu iddia edərək boşanma prosesində olub. Baş verən hadisədən sonra hadisənin şübhəlisi Kalay həyat yoldaşının yaşadığı Bursaya yola düşüb.

Həyat yoldaşına aid olduğunu düşündüyü seksual görüntüləri sosial mediada və internetdəki bəzi saytlarda gördüyünü iddia edən təqsirləndirilən Kalay "O gedəndən sonra sosial media və bəzi saytlardan pornoqrafik və seksual görüntülərə baxırdım. Bir qadının cinsi əlaqədə olduğu videonu gördüm. Qadının bədən quruluşu, bədənindəki göyərmədən onun mənim həyat yoldaşım olduğunu başa düşdüm. 2.5 illik həyat yoldaşımın bədənini yaxşı tanıyıram. Nə kişinin videoda üzü, nə də qadın görünür. Sadəcə, aralarında söhbətlər olub. Videonu endirib son silinmiş bölümünə kayd etdim ki, heç kim görməsin. Cəmi 4-5 belə video tapdım. Bunlarda həyat yoldaşım başqası ilə cinsi əlaqədə olub. Şəkildə cinsi əlaqə zamanı istifadə olunan əşyalar, yazılar, evdə çarpayının altından çantada eyni eynək və digər əşyaları tapdım” deyə bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR