İnternetdə tanış olduğu kişinin evinə gedən qadın həyatının şokunu yaşadı - FOTOLAR

MARAQLI
12:04 07.10.2021
5260
İnternetdə tanış olduğu kişinin evinə gedən qadın salonda gördüyü mənzərədən dəhşətə gəlib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, internetdə tanış olduğu kişinin evinə gedən 22 yaşlı qadın salonda qarşılaşdığı qorxunc mənzərədən dəhşətə gəlib. Gənc qadın kişinin əlindəki bıçaqla öz qolunu kəsdiyini görüb.

Sosial mediada aktiv olan amerikalı gənc qadın başına gələn dəhşətli hadisəni TikTokda paylaşaraq gündəmə çevrilib.

O, bildirib ki, uzun müddətli münasibəti bitdikdən sonra hamı kimi internetdə də insanlarla danışmağa qərar verib: "Sonra çox mehriban bir insanla tanış oldum. Söhbət əsnasında çox yaxşı danışdıq və sonra görüşmək qərarına gəldik. Ciddi bir münasibət qurmaq istəmədiyimi söylədikdə, o,razı olduğunu bildirdi, buna görə də razılaşdığımızı düşündüm.
 
Daha sonra həmin kişinin evinə gedən qadının həyatının şokunu yaşayıb: "Filmdən bir səhnəyə bənzəyirdi, təsvir edə bilməyəcəyim qədər qorxunc bir mənzərə idi. O əllərini kəsirdi, nə edəcəyimi bilmirdim, onu dayandırmağa çalışdım. Əvvəlcə niyə özünü kəsdiyini başa düşmədim, buna görə də onun yanına qaçdım və bıçağı əlindən almağa çalışdım. Necə olduğunu da xatırlamıram, amma son dəfə bıçağı öz əlimlə tutmağa çalışdım. Az qala məni də bıçaqlayacaqdı. Əlim kəsildi və dərhal əşyalarımı yığıb oradan uzaqlaşdım. Kişi arxamca qaçaraq,üstümə qışqırdı." - ifadəsini verərək bu anları təkrar xatırlayıb.
 
Ayşən
 






OXŞAR XƏBƏRLƏR