Kiaha Kurek adlı gənc qadın 2012-ci ildə internetdə bir kişi ilə tanış olub. Bir-birini tanımaq üçün bir müddət söhbət edən ikili nəhayət görüşmək qərarına gəlib. Hər şeydən xəbərsiz olan Kiahanın həyatı bu mərhələdən sonra tamamilə dəyişib. 35 yaşlı Kiaha tanış olduğu şəxslə kinoya getməyə qərar verib.
AZXEBER.COM xarici mediaya istiandən xəbər verir ki, avtomobillə qısa məsafədə olan yerə getmək üçün yola çıxan cütlük qəzaya düşüb.
Qarşı tərəfdən gələn avtomobilin toqquşması nəticəsində huşunu itirdiyini bildirən Kiaha hadisəni bu sözlərlə izah edib:
"Maşında oturduğumu, işıqların mənə tərəf gəldiyini və düşündüyümü xatırlayıram. Ayılanda qan damladığından gözlərim yanırdı”.
Qəzadan sonra xəstəxanaya çatdırılan Kiaha dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Kiahanın ayağı sınıb, çanaq sümüyü və bir neçə qabırğası sınıb. Həkimlər ona bir daha yeriyə bilməyəcəyini desələr də, Kiaha bundan əl çəkməyib. Bir müddət əlil arabası ilə yaşayan qız sonradan sağlamlığına qovuşa bilib.
Aydın