İnternetdə yayılan bu görüntülər komitə sədrini islahatlara apardı: Aydın Əliyev 4 rəisi qovdu (VİDEO)

İnternetdə yayılan bu görüntülər komitə sədrini islahatlara apardı: Aydın Əliyev 4 rəisi qovdu (VİDEO)
SOSİAL
17:42 10.01.2017
28444
 
Azərbaycan Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri aparılıb.
 
Komitə sədri, general Aydın Əliyevin əmri ilə işlərində verdiyi ciddi nöqsanlara görə bir sıra vəzifəli şəxslərin Gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib.
 
Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Gömrük İdarələrinin rəisləri işdən çıxarılıb.
 
Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.   
 
Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirmahmud Miratayev təyin edilib. (bakupost.az)
 
AZXEBER.COM xəbər verir ki, Aydın Əliyevin 4 rəisi işdən azad etməsinin arxasında ötən ilin sonlarında Dövlət Gömrük Komitəsi ilə bağlı sosial şəbəkələrdə yayılan videolar olub. Yayılan videolarda gömrük işçilərinin vətəndaşlara qarşı kobud davranışı öz əksini tapmışdı. Bu isə komitə sədrinin yenidən öz işində nöqsanlara yol verən gömrük işçiləri ilə bağlı tədbirlər görməyə məcbur edib.
 
 

 

OXŞAR XƏBƏRLƏR