İnternetə giriş sürətinə görə ölkələrin reytinqi - SİYAHI

DÜNYA
14:17 28.11.2013
1279

İnternetdə məlumatların yüklənilməsi sürətini yoxlamaq və təhlil üçün interaktiv alətlər təklif edən "Speedtest.net" portalı daha sürətli genişzolaqlı internetə malik ölkələrin yenilənmiş siyahısını dərc edib.

AZXEBER.COM ICTnews-a istinadən verdiyi xəbərə görə, ən sürətli ev interneti Honkonqda qeydə alınıb, orada yerli sakinlər təxminən 71,22 Mbit/s sürətlə internetə çıxış imkanına malikdirlər. İkinci yerdə Sinqapur (52,85 Mbit/s), üçüncü yerdə Rumıniya (50,82 Mbit/s) qərarlaşıb.

ABŞ-da orta internet sürəti 20,77 Mbit/s təşkil edir, buna görə bu ölkə yalnız 31-ci yerdə qərarlaşıb.

2013-cü ilin ikinci rübü üzrə "Akamai Technologies" şirkətinin məlumatına görə, dünyada orta internet sürəti 3,3 Mbit/s təşkil edir. Cənubi Koreyanın orta göstəricisi 14,2 Mbit/s təşkil edir. İlk onluqda, həmçinin Yaponiya, Honkonq, İsveçrə, Hollandiya, Latviya, Çexiya, İsveç, ABŞ və Danimarka yer alıb.

OXŞAR XƏBƏRLƏR