İnterpol terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını axtarışa verdi

İnterpol terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını axtarışa verdi
SOSİAL
16:23 04.02.2020
1573
İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, 1989-cu ildə Bakıda anadan olan Elvira Mirzəxanova terror təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilir. Rusiya vətəndaşı olan azərbaycanlı qadın barədə cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Məhkəmə qərarı ilə E.Mirzəxanova barəsində həbs qətimkan tədbiri seçilib. İnterpol həmin qərar əsasında axtarış elan edib.
OXŞAR XƏBƏRLƏR