“İnterpol”un axtardığı azərbaycanlı iş adamı Rusiyada tutuldu

KRİMİNAL
11:08 07.09.2015
2033

“İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı iş adamı tutulub.

“Report” xəbər verir ki, vergi cinayətinə görə axtarışda olan Eldayaq Məmmədov Rusiya Federasiyasında saxlanılıb.

Qeyd edək ki, E.Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

E.Məmmədovun məhkəməsi Azərbaycanda keçirilicək.

OXŞAR XƏBƏRLƏR