Son bir ayda intihar edən İsrail əsgərlərinin sayı 7-yə yüksəldi

Son bir ayda intihar edən İsrail əsgərlərinin sayı 7-yə yüksəldi
DÜNYA
16:20 31.07.2025
272
İsrail əsgərinin Qəzza zolağında aldığı ağır travmadan sonra iyulun əvvəlindən intihar edən İsrail əsgərlərinin sayını 7-yə çatdırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail Ordusu Radiosunun verdiyi açıqlamaya görə, 401-ci Zirehli Briqadanın ehtiyatda olan əsgəri Roi Vasserşteyn xidməti zamanı aldığı dəhşətli travmadan sonra dünən intihar edib.

Açıqlamada qeyd olunub ki, hərbi xidmətdən kənarda dünyasını dəyişən Vasserşteynə hərbi mərasim keçirilməyəcək və mülki cənazə mərasimi ilə dəfn ediləcək.

Ordu Radiosu qeyd edib ki, Vasserşteyn Qəzza zolağında 300 gündən çox tibbi evakuasiya bölməsində xidmət edib.

Haaretz qəzeti isə iyulun əvvəlindən Qəzzada xidmət edən 7 İsrail əsgərinin intihar etdiyini qeyd edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR