İntihar etdi, amma ölmədi- Təfərrüat

İntihar etdi, amma ölmədi- Təfərrüat
SOSİAL
11:59 24.01.2017
1474

Gədəbəy rayonunda intihara cəhd hadisəsi baş verib.

Rayonun Çaldaş kənd sakini, 1995-ci il təvəllüdlü Emin İbrahimov yanvarın 23-də özünü babasına məxsus tikilidə asıb. Amma xoşbəxtlikdən onu xilas etmək mümkün olub. Emin İbrahimov Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın reanimasiya şöbəsinin müdiri Cövdət Hacıyevin verdiyi məlumata görə, hazırda Emin İbrahimovun vəziyyəti ağırdır: "Xəstə hələ özünə gəlməyib, huşu yoxdur. Hazırda hələ onu dindirmək qeyri-mümkündür. Vəziyyəti çox ağırdır.”

Cövdət Hacıyevin sözlərinə görə, Emin İbrahimovun sağ qalacağı ilə bağlı nəsə bir fikir bildirmək tezdir.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.


 

///AzNews.az
OXŞAR XƏBƏRLƏR