İntihar etmək istəyən qızı iki kişi zorladı - TƏFƏRRÜAT

DÜNYA
13:00 24.12.2014
6929
Hindistanda dəhşətli hadisə baş verib.Hindistanın çay kənarında yerləşən kəndlərindən birində bir ailə kilsədən qovulub. Məhkəmənin qərarı ilə kilsədən qovulan ailənin 7 üzvü intihara cəhd edib. Onlar özlərini dənizə atıblar.Dənizə atılanlardan ana və iki qız suda boğulub. Ata və digər 3 qız isə ölümdən xilas olub.Hava küləkli olduğu üçün dənizin ləpəsi onları kənara atıb. Qızlardan biri isə huşsuz vəziyyətdə dənizin kənarında olarkən iki nəfərin təcavüzünə uğrayıb.Dəniz kənarında balıq tutan iki kişi qızı tapıblar. Onu kimsəsiz yerə apararaq zorlayıblar. Sonra qızı huşsuz halda qoyub, ərazidən qaçıblar.Qizı tapan sakinlər polisə xəbər veriblər. Polis araşdırmalara başlayıb. Əraziyə yaxın yerlərdəki müşahidə kameraları izlənərkən iki balıqçının şübhəli davranışları nəzərə çarpıb. Araşdırmalar zamanı 35 yaşlı S. Raja və 32 yaşlı K. Vijarkumar saxlanılıb. Dindirilmə zamanı onlar qızı zorlamalarını etiraf ediblər.Onların məhkəməyə verildiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR