“İntim şəkillərini göndər, yoxsa...” - Azərbaycanda qadına şantaj

“İntim şəkillərini göndər, yoxsa...” - Azərbaycanda qadına şantaj
SOSİAL
14:16 29.05.2019
13303
Azərbaycanda gənc qadını sosial şəbəkə vasitəsi ilə şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Mahmud Mərdanovun (cinayət işindəki ad və soyadları şərti veririk - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, Mahmud Mərdanov 2017-ci ilin sentyabrın əvvəlində mobil telefonunda "votsap"dan Səlimə Babayevaya mesaj yazıb.

Mahmud Mərdanov Səlimə Babayevaya özünü "Raul" adlı şəxs kimi təqdim edib, onunla tanış olub.

Daha sonra Səlimə Babayevanın profilində olan fotoşəkili mobil telefonuna köçürüb, onunla cinsi əlaqədə olmağı təklif edib. Ancaq rədd cavabı alıb. Bu səbəbdən o, Səlimə Babayevanın fotoşəkilini Feysbukda "Səlimə Babayeva" profilində yerləşdirib, onun əxlaqsız və fahişəliklə məşğul olması barədə elan verib.

Ardınca həmin elanı silmək üçün Səlimə Babayevadan sinəsinin və cinsiyyət üzvünün fotoşəkillərini tələb edib. Səlimə Babayeva elanın silinməsi üçün Mahmud Mərdanovun tələbini yerinə yetirib.

Həmin il sentyabrın 15-də Mahmud Mərdanov Feysbuk və digər sosial şəbəkələrdə Səlimə Babayeva haqqında rüsvayçı məlumatlar yaymaqla 100 manat pul tələb edib.

Səlimə Babayeva sentyabrın 17-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Mərkəzi Poçt Filialı vasitəsi ilə 100 manatı Sumqayıt şəhərində yerləşən Mərkəzi Poçt Filialının 11 saylı poçt şöbəsinə Mahmud Mərdanovun dayısı oğlunun adına göndərib. Mahmud Mərdanov dayısı oğlu vasitəsi ilə həmin pulu götürüb.

Ertəsi gün Mahmud Mərdanov Səlimə Babayevanı yenidən şantaj edib. O bu dəfə qadından 250 manat tələb edib.

Şantaj olunan Səlimə Babayeva sentyabrın 21-də Mərdəkan qəsəbəsindəki Mərkəzi Poçt Filialı vasitəsi ilə Mahmud Mərdanovun adına 242 manat göndərib. Mahmud Mərdanov həmin pulu Bərdə rayonunda yerləşən Mərkəzi Poçt Filialından götürüb.

Bundan başqa, Mahmud Mərdanov həmin ilin sentyabr-oktyabr aylarında "Feysbuk" və digər sosial şəbəkələr vasitəsilə Səlimə Babayevadan hədə-qorxu ilə sonuncunun özünə aid olan pornoqrafik-foto materialları əldə edib. O, həmin fotoları bayağı şəkildə ortaya çıxması, insanların qıcıqlandırılması, başqalarında ikrah hissi oyatması və qadına aid olan şəkilləri qeyri-etik formada təsvirini özündə əks etdirən 6 pornoqrafik şəkli sosial şəbəkədə qeyri-müəyyən şəxslərin dairəsində yayıb.

İstintaq orqanı tərəfindən Mahmud Mərdanovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Mahmud Mərdanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.

Hökmdən narazı qalan Mahmud Mərdanov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şikayət təmin olunmayıb.

Qərardan da narazı qalan Mahmud Mərdanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti də təmin edilməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI