İntiqam Əliyevə qarşı əlavə ittiham elan edilib

SİYASƏT
15:00 15.12.2014
1026
Həbsdə olan vəkil İntiqam Əliyevə qarşı əlavə ittiham elan olunub.
Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadov bildirib ki, istintaq orqanı tərəfindən İ. Əliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə əlavə ittiham elan edilib.
İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir.
OXŞAR XƏBƏRLƏR