125-ci dairədə gərgin seçki rəqabəti: Kim qalib gələcək?

125-ci dairədə gərgin seçki rəqabəti: Kim qalib gələcək?
SOSİAL
14:13 20.08.2024
176
Məlum olduğu kimi, bəzi seçki dairələrində namizədlər arasında mübarizənin daha gərgin keçəcəyi gözlənilir. Onlardan biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.

AZXEBER.COM xəbər verir ki, bu seçki dairəsində iddialıların sayı çoxdur. Hazırda həmin dairədən deputat olan İmamverdi İsmayılov ilə yanaşı, tanınmış müsavatçı Nəsiman Yaqublu, KOBSKA-nın sədri Nigar Ələsgərova, tanınmış jurnalist İntiqam Valehoğlu və daha 4 nəfər mandat uğrunda mübarizə aparır. 

Qeyd edək ki, deputatlığa namizəd İntiqam Valehoğlunun namizədliyi bölgə seçiciləri arasında böyük rəğbətlə qarşılanıb, həm sosial şəbəkələr, həm də şəxsi görüşlərdə seçicilər ona böyük dəstəyini ifadə edirlər.
 

OXŞAR XƏBƏRLƏR