İordan çayında İsrail zorakılığına qarşı HƏMAS-dan çağırış

DÜNYA
13:26 16.08.2024
125
İsrailin işğal altındakı İordan çayında israilli mühacirlər tərəfindən zorakılıq aktları davam edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məskunlaşanlar fələstinlilərin evlərini və maşınlarını yandırıb, onlarla fələstinlini güllələyərək öldürüblər.
 
HƏMAS dünya ölkələrini üsyan etməyə və qarşıdurmanı sonlandırmağa çağırıb. 

Fələstin Səhiyyə Nazirliyi israilli mühacirlər tərəfindən açılan atəş nəticəsində bir fələstinlinin öldüyünü, birinin isə ağır yaralandığını bildirib.
 
Digər tərəfdən, Ağ Ev İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı hücumların qəbuledilməz olduğunu və dayandırılmalıdır deyib.

Qeyd edək ki, Fələstinin rəsmi məlumatlarına görə, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 633 nəfər həlak olub, təxminən 5400 nəfər isə yaralanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR