İordan çayının qərb sahilində 30 fələstinli həbs edildi

DÜNYA
13:55 17.09.2024
102
İordan çayının qərb sahilində 30 fələstinli həbs edilib.
 
AZXEBER.COM xəbər verir ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin Əsirlər Dərnəyinin Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanatına görə, İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin evlərinə basqınlarını davam etdirib.

İordan çayının qərb sahilinin müxtəlif şəhər və qəsəbələrində keçirilən basqınlarda aralarında jurnalist və 3-ü qadın olmaqla 30 fələstinli, həmçinin keçmiş məhbuslar saxlanılıb.

Saxlanılanların kimliyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayı son həbslərlə 10 min 730-a çatıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR