İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
"İordaniya Kralı bu il avqustun 8-də Vaşinqtonda keçirilən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə baş naziri təbrik edib və bu prosesi dəstəklədiyini bildirib”, - o deyib.
Öz növbəsində Paşinyan təbrikə görə II Abdullaha təşəkkür edib və əldə olunan razılaşmaların bütün region üçün böyük fayda verəcəyinə əminliyini bildirib.
Onlar İordaniya və Ermənistan arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələsini də müzakirə ediblər.
\report