İordaniyada 1700 turist sel səbəbindən Petradan təxliyə edilib

İordaniyada 1700 turist sel səbəbindən Petradan təxliyə edilib
DÜNYA
19:32 28.12.2022
238
Qəfil sel İordaniyada yerləşən Petra arxeoloji kompleksindən 1700 turistin təxliyə edilməsinə səbəb olub.

Güclü leysan suyun səviyyəsinin kəskin qalxmasına və qədim şəhərin qismən su altında qalmasına səbəb olub.

Xatırladaq ki, 2018-ci ildə sel nəticəsində Petrada 20-dən çox turist həlak olub.

Qayalıqlarda oyulmuş Petra arxeoloji kompleksi İordaniyanın cənub-qərbində yerləşir. Arxeoloqların fikrincə, qədim şəhər eramızdan əvvəl III əsrdə salınıb və Nəbatilər krallığının paytaxtı olub.
OXŞAR XƏBƏRLƏR