İordaniyada hökumət yenidən formalaşdırılır

İordaniyada hökumət yenidən formalaşdırılır
DÜNYA
18:57 25.09.2023
262
İordaniyada hökumət yenidən formalaşdırılır.

Bu barədə "Anadolu” məlumat yayıb.

Bildirilib ki, İordaniya Nazirlər Kabinetinin üzvləri artıq istefa ərizələrini Baş nazir Bəşər əl-Xasauna təqdim ediblər. Nazirlər hökumətdə islahat aparılması üçün bu addımı atdıqlarını açıqlayıblar. Bu, hökumətdə aparılan sayca yeddinci islahata hazırlıq çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, Bəşər əl-Xasauna 2020-ci ilin oktyabrından İordaniyanın Baş naziridir.

Məlumata görə, əl-Xasauna 1999-cu il fevralın 7-dən Kral II Abdullah hakimiyyətə gələndən sonra İordaniyanın 13-cü Baş naziridir.
OXŞAR XƏBƏRLƏR