İordaniyanın Əl-Kərək əyalətində pravoslav kilsəsinə silahlı hücum nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
İordaniyanın Səhiyyə Nazirliyi Müqəddəs Georgi kilsəsində baş verən hücumla bağlı ölənlərin sayını yeniləyib.
Daha əvvəl səhiyyə naziri İbrahim əl-Bəddur xəstəxanalarda 27 yaralının müalicə aldığını bildirib. Onun sözlərinə görə, yaralılardan 8-i Şahzadə Əli bin Hüseyn adına hərbi xəstəxanaya köçürülüb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, İordaniyanın xüsusi xidmət orqanları hücumu həyata keçirən terror qrupunun üzvlərini hələ də saxlamayıb. Cinayətkarların axtarışı davam edir. Əmmanda və ölkənin digər şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
///oxu.az///










































