İordaniyanın Azərbaycandakı səfiri Ermənistana silah satışına görə XİN-ə çağırılıb

SİYASƏT
16:16 27.07.2020
1553
Bu gün İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə AZXEBER.COM-a XİN-in Mətbuat xidməti idarəsidən məlumat verilib. 

Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.

Görüşdə A.Azimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.

Nazir müavini Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.

İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:13 28.09.2020

Türkiyəli jurnalist: "Azərbaycanın qələbəsi yaxındır"

12:08 28.09.2020

Rusiya kəşfiyyatının direktoru cəbhədəki vəziyyətdən danışıb

12:07 28.09.2020

Ağdamda daha bir mülki şəxs həlak oldu

12:01 28.09.2020

Ceyhun Bayramov: "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb”

11:59 28.09.2020

MN: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var

11:55 28.09.2020

Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi

11:52 28.09.2020

Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

11:51 28.09.2020

ABŞ-ın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

11:51 28.09.2020

Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

11:49 28.09.2020

ABŞ səfirliyindən cəbhədəki vəziyyətlə bağlı - Bəyanat

11:45 28.09.2020

Moldova prezidenti Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı müraciət edib

11:45 28.09.2020

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib

11:41 28.09.2020

Azərbaycanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi

11:40 28.09.2020

Ceyhun Bayramov: "Bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparılıb"

11:33 28.09.2020

Türkiyənin Müdafiə Nazirliyi: Hər zaman can qardaşlarımızın yanındayıq

11:32 28.09.2020

Cəbhənin Goranboy istiqamətində son vəziyyət - VİDEOREPORTAJ

X Mostbet