İordaniyanın İrandakı səfiri təxliyə şəraitinə görə Azərbaycana təşəkkür edib

İordaniyanın İrandakı səfiri təxliyə şəraitinə görə Azərbaycana təşəkkür edib
SİYASƏT
14:09 01.03.2026
149
İordaniyanın İrandakı səfiri Əşrəf Xasavneh ölkəsinin diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Səfir bu barədə açıqlamasında bildirib.

"Azərbaycanı sevirəm. Bizim təxliyəmiz üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişim turist kimi olar", - səfir deyib.

Qeyd edək ki, İordaniyanın 4 nəfər diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunub. Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
OXŞAR XƏBƏRLƏR