Bu il çıxması gözlənilən iPhone 15 seriyası ilə bağlı yeni iddialar gəlməkdə davam edir.
AZXEBER.COM xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Apple” şirkəti maraqla gözlənilən iPhone 14 modellərini keçən ilin sentyabr ayında təqdim edib.
iPhone 14-ün təqdimatından çox vaxt keçməyib, lakin bu il satışa çıxarılacaq iPhone 15 modelləri ilə bağlı artıq sızmalar başlayıb.
Analitiklərin fikrincə, iPhone 15 seriyası əhəmiyyətli dərəcədə baha ola bilər. iPhone 14 üçün beynəlxalq qiymət artımlarını düzgün proqnozlaşdıran analitik Dan Ives "Apple”ın iPhone 15 üçün oxşar strategiya izləyəcəyini gözləyir. Ives şirkətin yeni smartfonlarının qiymətlərini orta hesabla 200 dollar qaldıra biləcəyini bildirib.
iPhone 15 Pro və 15 Pro Max modellərinin A17 çipi ilə təchiz ediləcəyi və 8 GB operativ yaddaşa sahib olacağı gözlənilir.
Bundan əlavə, "Apple” iPhone 15 Pro modellərində çərçivələri ciddi şəkildə nazikləşdirəcək və bu çərçivələr əyri olacaq.
Ayşən