"Apple”ın iPhone 15 modellərində heç vaxt qeyd etmədiyi batareya tutumları günlər sonra ortaya çıxıb.
AZXEBER.COM xəbər verir ki, həmişə olduğu kimi, ABŞ şirkəti iPhone 15-in təqdimatı zamanı telefonların batareya tutumları ilə bağlı heç bir məlumat paylaşmayıb.
Bununla belə, üçüncü tərəf mənbələrinin son açıqlamaları iPhone 15 seriyasının batareya tutumlarını ortaya qoyub
Edilən açıqlamalara görə, iPhone 15 modellərinin batareya tutumları belədir:
iPhone 15 3,349 mAh, iPhone 15 Plus 4.383 mAh, iPhone 15 Pro 3,274 mAh, iPhone 15 Pro Max 4,422 mAh.
Yuxarıdakı məlumatlarda "Apple”ın iPhone 15 modellərində yüksək tutumlu batareyalardan istifadə etdiyini görürük. "Apple”a görə, bütün iPhone 15 modelləri asanlıqla tam bir gün davam edə biləcək bir enerji ömrü təklif edir.
Gülay