Ötən günlərdə qlobal bir təşkilatla bir çox yeniliklərini təqdim edən "Apple” 2023-cü ilin sentyabr ayında yeni iPhone 15 seriyasını dünya bazarına təqdim etməyi hədəfləyir.
AZXEBER.COM xəbər verir ki, iPhone 15-ə əlavə olaraq 15 Pro və iPhone 15 Ultra versiyaları ilə tamamlanacaq seriyanın digərləri ilə müqayisədə çox böyük dəyişikliklə çıxacağı gözlənilir.
Yayılan xəbərlərə görə, iPhone 15 Ultra-da periskop obyektivi olacaq, standart iPhone 15-də isə 14 Pro-ya bənzər kamera quruluşu olacağı gözlənilir.
İddialara görə, "Apple” bu seriyada ən böyük dəyişikliyi enerji cihazı və kabeldə etməyə hazırlaşır. Belə ki, brendin yeni iPhone 15 modelində özünə məxsus enerji cihazının USB-C ilə əvəz edəcəyinə dair iddialar getdikcə artır.
Ayşən