"İphone 16" modelini gözləyənlərə şad xəbər: Bu tarixdə təqdimatı olacaq

MARAQLI
14:41 07.08.2024
425
"İphone 16" modelinin təqdimat tarixi bəlli olub.

AZXEBER.COM xəbər verir ki, ənənəvi olaraq "Apple" markaları sentyabrda keçiriləcək tədbirdə təqdim olunacaq.

Şirkətin sentyabrın ikinci həftəsində yeni modellərini təqdim edəcəyi gözlənilir.

"Apple"yə yaxın mənbələrə görə, "İphone 16"nın təqdimat tarixi 10 sentyabrda olacaq.

Qeyd edək ki, "İphone 15"in sifarişi sentyabrın 22-də başlayıb və rəsmi olaraq 29 sentyabrda mağazalarda satışa çıxarılıb.
 
Onu da əlavə edək ki, "İphone 16" modellərində kamera və düymə düzümünün dəyişəcəyi deyilir.
 
Ümumi dizayn dili eyni qalsa da, diaqonal kamera yerləşdirilməsi standart versiyalarda artıq istifadə edilməyəcək.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR