iPhone 16 modellərinin batareya tutumu məlum oldu

iPhone 16 modellərinin batareya tutumu məlum oldu
DÜNYA
15:14 12.02.2024
155
Son zamanlarda iPhone 16 seriyası haqqında daha çox məlumat ortaya çıxmağa başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, telefonların batareya tutumları məlum olub.

iPhone 15 modellərinin təqdim olunmasından çox keçməsə də, sentyabr ayında satışa çıxarılacaq iPhone 16 seriyası ilə bağlı artıq sızmalar var.

Yeni məlumata görə, iPhone 16 və iPhone 16 Pro Max daha böyük batareyalara sahib olacaq.

Həmçinin iPhone 16 Pro Max-ın iPhone 15 Pro Max və əvvəlki modellərdə istifadə edilən L şəkilli batareya dizaynından uzaqlaşaraq iPhone 16 və iPhone 16 Plus kimi standart düzbucaqlı batareyadan istifadə edəcəyi bildirilir.

iPhone 16 modeli 3561 mAh, iPhone 16 Plus modeli 4006 mAh, iPhone 16 Pro Max modeli isə 4676 mAh batareyaya sahib olacaq.

iPhone 15-16 seriyasının batareya tutumları aşağıdakı kimidir:

iPhone 15 - 3,349 mAh

iPhone 15 Plus - 4,383 mAh

iPhone 15 Pro Max - 4,422 mAh

Ayşən
OXŞAR XƏBƏRLƏR