"iPhone 17"də Oled ekrandan istifadə olunacaq

"iPhone 17"də Oled ekrandan istifadə olunacaq
MARAQLI
15:28 05.09.2024
308
"Apple” 2025-ci ildən etibarən buraxılacaq bütün "iPhone” modellərində təbii işıq yayan diod (Oled) displeylərdən istifadə edəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, şirkət ilk dəfə 2017-ci ildə X modelində Oled ekrandan istifadə etmişdi.
 
Televizor və smartfon istehsalçıları yüksək keyfiyyətli videolar üçün ideal olan daha canlı rənglər və daha kəskin kontrast təqdim etmək qabiliyyətinə görə Lcd-lər üzərində Oled displeylərdən faydalanırlar.
 
Şirkət həmçinin may ayında buraxılmış ən son nəsil iPad Pro modellərində də üstünlüyü Oled ekranlara verdiyini açıqlayıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR