Hamının səbrsizliklə satışa çıxacağını gözlədiyi "İphone 17"nin təqdimat tarixi məlum olub.
AZXEBER.COM xəbər verir ki, "Apple" şirkəti yeni modeli sentyabrın 9-da təqdim edəcək.
Bu barədə şirkətin baş direktoru Tim Kuk "X" platformasında paylaşım edib.
Tədbirdə təkcə "iPhone 17" üçün deyil, həm də "Apple"nin digər məhsulları və proqram təminatı üçün yeniliklərin təqdim ediləcəyi gözlənilir.
Yeni funksiyalar və ekosistemi gücləndirən yeniliklər iOS tərəfində xüsusilə nəzərə çarpacaq.