"Apple"ın gələcək "iPhone 18 Pro" modellərinin rəng seçimləri ilə bağlı yeni məlumatlar yayılıb.
Məşhur insayder "Ice Universe" Çin sosial şəbəkəsi Weibo-da iPhone 18 Pro modellərinin kamera hissəsi üçün nəzərdə tutulan qoruyucu örtüklərin görüntülərini paylaşıb. Sözügedən aksessuarların yeni smartfonların gözlənilən rəng palitrasına uyğun hazırlandığı bildirilir.
İddialara əsasən, "iPhone 18 Pro" və "Pro Max" modelləri açıq mavi, tünd albalı, tünd boz və gümüşü rənglərdə təqdim oluna bilər. Paylaşılan örtüklərdə isə qara, gümüşü, şərab və mavi tonlardan istifadə edilib.
Qiymətinin 2 min dollardan çox olacağı gözlənilən cihazın sentyabrın 9-u təqdim edilməsi və 18 sentyabrda satışa çıxması nəzərdə tutulur.
İlkin məlumatlara görə, iPhone 18 Pro və Pro Max modellərinin 2027-ci ilin sentyabrında təqdim edilməsi gözlənilir. Baza iPhone 18 və iPhone Air 2 modellərinin isə 2028-ci ilin əvvəlində satışa çıxarılacağı iddia olunur.
///nocomment.az///











































