"İphone" alanlara şad xəbər: Artıq enerji cihazını...

"İphone" alanlara şad xəbər: Artıq enerji cihazını...
DÜNYA
13:07 07.09.2022
737
Braziliyada iPhone mobil telefonlarının enerji cihazı olmadan satışı qadağan edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Ədliyyə Nazirliyi ABŞ-ın smartfon istehsalçısı "Apple” şirkətinin "iPhone” telefonlarının enerji təchizatı olmadan ölkə üzrə satışını qadağan edib. Bundan əlavə "Apple” istehlakçıya zərər vurduğuna görə, 2,3 milyon dollar cərimələnib.

Braziliya Ədliyyə Nazirliyinin "Apple” şirkətinin istehsal etdiyi "iPhone” mobil telefonlarının enerji cihazı olmadan satışının qadağan edilməsi ilə bağlı qərarı "Resmi Gazete”də dərc olunub. 

Qərarda bildirilir ki, "Apple” ötən ilin dekabrında iPhone 12 və 13-ü enerji cihazı olmadan satdığı üçün Milli İstehlakçı Katibliyi tərəfindən məhkəməyə verilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR