iPhone almaq üçün uşaqlarını satdılar

MARAQLI
13:30 21.10.2013
1587

Ata və ana uşaqlarını sataraq, iPhone, kompüter və ayaqqabı almaq eşqinə düşüblər.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Çinin Şanxay əyalətində baş verib.

Məlumatı “Xinhua” xəbər agentliyi yayıb. Məlumata əsasən, 3 uşağını iPhone, kompüter və ayaqqabı ala bilmək üçün satdıqları ortaya çıxan Teng və Zang adlı cütlük məhkəmə qarşısında cavab verməli olacaq. Ata və anaya qarşı qadın və uşaq ticarəti kimi müvafiq maddələr irəli sürüləcək. Onlar uşaqlarının hər birini 2008, 2011 və 2013-cü ildə satdıqlarını etiraf ediblər. Bunun müqabilində isə ümumilikdə 13 min dollar pul alıblar. Ata ilə ana uşaqlarını QQ mesajlaşma xidməti vasitəsilə müştərilərə satmağa müvəffəq olublar. Hadisədən isə qonşuları şübhələnib. 6 və 9 yaşında uşaqları olan cütlüyün tez-tez uşaq dünyaya gətirdiklərindən, sonra isə həmin uşaqların yoxa çıxdığından şübhələnən qonşular sayıq davranaraq polisə xəbər veriblər.

 

OXŞAR XƏBƏRLƏR