iPhone-lar 2027-ci ilə qədər bu modemlərdən istifadə edəcək

iPhone-lar 2027-ci ilə qədər bu modemlərdən istifadə edəcək
DÜNYA
12:34 02.02.2024
155
"Qualcomm” "Apple” ilə müqaviləni uzatdıqlarını açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, müqaviləyə əsasən, iPhone-lar 2027-ci ilə qədər "Qualcomm” modemləri ilə təchiz ediləcək.

2024-cü ilin ilk maliyyə hesabatında "Qualcomm” "Apple” ilə modem çipinin lisenziyalaşdırma müqaviləsini 2027-ci ilin martına qədər uzatdıqlarını açıqlayıb. Beləliklə, "Apple” və "Qualcomm” arasında mövcud müqavilə daha iki il müddətinə uzadılıb.

Çünki "Apple” öz modemlərini istehsal etmək planlarında uğur qazana bilməyib. Buna görə də "Qualcomm” modemləri növbəti bir neçə iPhone modelində görünməyə davam edəcək.

Ayşən
OXŞAR XƏBƏRLƏR