iPhone oğurlayan bu şəxsi tapana mükafat veriləcək

iPhone oğurlayan bu şəxsi tapana mükafat veriləcək
DÜNYA
13:16 19.12.2022
305
Gürcüstanın Batumi şəhərindəki Apple mağazasından iPhone 14 Pro Max oğurlanıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, telefonu oğurlayan şəxsin Türkiyə vətəndaşı olduğunu iddia edən mağaza oğru haqqında məlumat verənlərə min dollar mükafat verəcəyini açıqlayıb.

Mağazada baş verən oğurluq hadisəsi təhlükəsizlik kamerasına əks olunub. Türkiyəli bir müştərinin iPhone 14 Pro Max telefonunu oğurladığını bildirən mağaza hadisənin görüntülərini sosial media hesabında paylaşıb. 

Mağaza oğrunun şəxsiyyətini və əlaqə məlumatını verən şəxsə min dollar mükafat təklif edib.

Aydın
OXŞAR XƏBƏRLƏR