"İphone"də yeni funksiya: Artıq köhnə modellərdə də aktiv olacaq

MARAQLI
00:02 17.04.2023
684
Bu il "İphone" modelləri üçün təqdim edilməsi planlaşdırılan iOS 17 ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Apple" ötən ilin sentyabr ayında "İPhone 14" seriyası ilə iOS 16 yeniləməsini təqdim edib.

Belə ki, şirkət indi iOS 17 üzərində işləyir və onun gələn ilin sentyabrında yeni "iPhone"larla birlikdə buraxılması gözlənilir. 

İddialara görə, iOS 17 iOS 16 ilə işləyən bütün "İPhone" modellərində əlçatan olacaq. Mübahisəli modellər arasında yer alan "İPhone 8" və "iPhone X" də son yeniləməni alacaq.

Qeyd edək ki, ilk dəfə "iPhone 14 Pro" modellərində görünən "Dynamic Island" iOS 17 ilə çox daha funksional olacaq. 

Deyilənə görə, yeniləmə Fokus rejimi üçün yeni filtrlər əlavə edəcək, əlavə parametrlər gətirəcək və uşaqlar üçün istifadə etmək üçün daha yaxşı təcrübə təqdim edəcək. 

Mikayıl

OXŞAR XƏBƏRLƏR