İpoteka ilə bağlı yenilik

İpoteka ilə bağlı yenilik
İQTİSADİYYAT
12:05 10.05.2014
3141
"İpoteka strategiyası artıq hazırdır və hökumətə təqdim olunub". 
ANS PRESS-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, strategiyada ipteka ilə bağlı müzakirə olunan bütün məqamlar öz əksini tapıb.
“Hazırda ipoteka strategiyasının maliyyə məsələsi qalıb. Bu məsələ maliyyə nazirliyi ilə müzakirə olunacaq. İpoteka strategiyası təsdiq olunandan sonra icrasına başlanacaq”, deyə Elman Rüstəmov qeyd edib.
MB sədri həmçinin bildirib ki, aidiyyatı nazirliklərin də təklifləri strategiyada öz əksini tapmalıdır.
OXŞAR XƏBƏRLƏR