İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
İQTİSADİYYAT
11:29 10.03.2025
284
Azərbaycanda ipoteka kreditlərinin maksimal məbləğinin 50 min manat artırılması təklif olunur.

Bu təklif Milli Məclisin deputatı Vüqar Bayramov tərəfindən parlamentin plenar iclasında səsləndirilib.

Deputat çıxışı zamanı güzəştli ipoteka kreditlərinin mövcud şərtlərini və bazar tələblərini nəzərə alaraq dəyişikliklərin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə əlavə 100 milyon manat vəsait ayrılacaq. Bu vəsait əsasən sosial ipoteka kreditlərinin verilməsi üçün istifadə ediləcək. Dövlət dəstəyi nəticəsində 2025-ci ildə təxminən 5 min vətəndaş ipoteka hesabına mənzil sahibi ola biləcək.

Hazırda güzəştli ipoteka kreditləri maksimal 100 min manat məbləğində, illik 4 faiz dərəcəsi ilə 30 il müddətinə təqdim olunur. Lakin mövcud bazar qiymətlərini nəzərə alaraq, bu məbləğin artırılması daha məqsədəuyğun olardı. Güzəştli ipoteka kreditlərinin maksimal məbləğinin 100 min manatdan 150 min manata qədər yüksəldilməsini təklif edib.

Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin artması mənzil əldə etməyi çətinləşdirib. Xüsusilə, gənc ailələr və sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün mövcud ipoteka məbləği kifayət etmir. Bu baxımdan, ipoteka kreditlərinin yuxarı həddinin artırılması vətəndaşların mənzil alma imkanlarını genişləndirə bilər.

Deputatın təklifinin reallaşması, xüsusilə, mənzil almaqda çətinlik çəkən gənc ailələr və sosial qruplar üçün ciddi dəstək ola bilər. Bu dəyişiklik ipoteka kreditlərinin əlçatanlığını artırmaqla yanaşı, daşınmaz əmlak bazarına da müsbət təsir göstərə bilər. Hazırda bu təklifin hökumət tərəfindən necə dəyərləndiriləcəyi və reallaşacağı ilə bağlı müzakirələr davam edir.
 
Baku.ws
OXŞAR XƏBƏRLƏR