İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA

İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
SOSİAL
09:45 28.02.2020
1732
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək.

İpoteka və Kredit Zəmanət Fondu bildirilib ki, "Elektron ipoteka və kredit zəmanət sistemi”nin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

"Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza) istifadə etməklə "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİKZS-də  elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.  

EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirililir və SMS məlumat verilir. 

Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir. 

Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı "ASAN Kommunal” və Sumqayıt "ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Vətəndaşların nəzərinə çatdırırıq ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.  

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə "1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
20:53 07.07.2025
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq